ABŞ qoşunları hərəkətə keçdi

Dünya

06.08.2024 09:21

İraq və Səudiyyə Ərəbistanı sərhədində ABŞ Silahlı Qüvvələrinə məxsus hərbi texnikanın kolonlarının hərəkəti qeydə alınıb.

TodayPress xəbər verir ki, bu barədə Livanın “Al Mayadeen” telekanalı məlumat yayıb.

Bildirilib ki, Arar keçid məntəqəsində bir neçə Amerika hərbi karvanı müşahidə edilib. Qoşunların köçürülməsi İranın İsrailə gözlənilən hücumuna hazırlıqla bağlı ola bilər.

Töhfə Səməd

tag: ABŞ, Qoşun, İran, İsrail, Amerika, Hücum, todaypress.az,