ABŞ "qlobal maliyyə bombası" ilə bağlı xəbərdarlıq etdi

Dünya

20.10.2024 14:01

2724

2024-cü ildə dünyanın bütün ölkələrinin dövlət borcunun səviyyəsi rekord həddə - 100 trilyon dollara çata bilər ki, bu da iqtisadiyyat üçün son dərəcə təhlükəlidir.   

TodayPress xəbər verir ki, bu barədə “Bloomberg” yazır. 

Agentlik qlobal borc yükünün səviyyəsinin bütün ölkələrdə artmaqda davam etdiyini vurğulayıb.   

Qeyd olunub ki, 2024-cü ilin sonuna qədər bu, 94,8 faiz və ya rekord 100 trilyon dollara çata bilər.   

Analitiklər vurğulayıblar ki, proses ekspertlərin gözlədiyindən daha tez baş verə bilər və gözlənilməz nəticələrə gətirib çıxara bilər. “Yeni qlobal şok” vəziyyətində ölkələr borclarını azaltmağa və qoruyucu buferlər yaratmağa başlamalıdırlar. 

Günəş Mərd 

tag: ABŞ ,Maliyyə,Borc,Pul,Ölkə,Todaypress.az,