ABŞ qırıcıları Yaxın Şərqə gəlir

Dünya

08.11.2024 16:20

Bir qrup Amerika qırıcısı Böyük Britaniyadan Yaxın Şərqə gəlib. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) “X” sosial şəbəkəsindəki rəsmi hesabında məlumat verilib.

Açıqlamada bölgəyə “F-15E Strike Eagle” döyüş təyyarələrinin göndərildiyinə aydınlıq gətirilib. 

Qeyd edək ki, noyabrın 2-də ABŞ Müdafiə Nazirliyi Amerika hakimiyyətinin Yaxın Şərqdə əlavə hərbi texnika yerləşdirmək qərarına gəldiyini açıqlayıb. 

Departamentin dediyi kimi, Vaşinqton bölgəyə bombardmançı təyyarələr və qırıcılardan ibarət eskadrilya göndərəcək. 

Bundan əlavə, ölkə rəhbərliyi “Abraham Linkoln” təyyarədaşıyan gəmisini və bir neçə esminesi yola düşməyə hazırlamağa başlayıb. 

Eyni zamanda, Pentaqon İran və müttəfiqlərinin Amerika personalına hücum etmək məqamından istifadə etmək istəsə, cavab tədbirləri barədə xəbərdarlıq edib. 

Bəyanatdan belə çıxır ki, bu halda Vaşinqton özünü qorumaq üçün bütün lazımi tədbirləri görəcək.

Günəş Mərd

tag: Böyük Britaniya, Yaxın Şərq, Pentaqon, Qırıcı, ABŞ, todaypress.az,