ABŞ Qəzza razılaşması üçün İsrailə təzyiq edəcək
Dünya
11.12.2024 16:30
ABŞ-nin milli təhlükəsizlik üzrə müşaviri Ceyk Sallivan prezident seçkilərində qalib gələn Donald Tramp hakimiyyətə gələnə qədər bu ölkələrin hakimiyyət orqanlarına təzyiq göstərmək və Qəzza zolağında atəşkəs razılaşmasına nail olmaq üçün İsrail, Misir və Qətərə səfər edəcək.
TodayPress xəbər verir ki, bu barədə “Axios” portalı məlumat yayıb.
Qeyd olunub ki, Sallivanın Yaxın Şərqə səfəri dekabrın 11-də başlayacaq və növbəti günə onun İsrailin baş naziri Benyamin Netanyahu ilə görüşü nəzərdə tutulub.
Bundan sonra ABŞ prezidentinin köməkçisi Qahirə və Dohaya gedəcək və orada Misir və Qətər səlahiyyətliləri ilə bu ölkələrin Qəzza ilə bağlı danışıqlarda vasitəçilik səylərini müzakirə edəcək.
“Axios” mənbələrinin bildirdiyinə görə, ötən həftə yəhudi dövləti HƏMAS-a bəzi girovların azad edilməsi və Qəzzada atəşkəs haqqında razılaşmanın yeni variantını təqdim edib. Onların sözlərinə görə, Fələstin hərəkatı hazırda böyük çeviklik nümayiş etdirir və yenilənmiş sazişin icrasına başlamağa hazır olduğunu bildirir.
Günəş Mərd
tag: ABŞ ,Qəzza ,HƏMAS, Fələstin, todaypress.az,