ABŞ Putini terrorla cəzalandırır? - ŞƏRH

Dünya

25.06.2024 06:00

“Rusiya sonuncu dəfə mart ayında Moskvada konsert zalında terror hücumu ilə hədəfə alınmışdı. İndi də Dağıstandakı hücumla hədəfdədir”.

TodayPress xəbər verir ki, bunu Türkiyənin Terror və Təhlükəsizlik Mütəxəssisi Coşqun Başbuğ CNN TÜRK-ə Dağıstan hücumunun təfərrüatlarını açıqlayarkən deyib.

O, Dağıstana hücumun təsadüf olmadığını, baş verənlərin əvvəlcədən planlaşdırılmış terror hücumu olduğunu bildirib. ABŞ-nin Rusiyanın müxtəlif yerlərində cəbhələr açmaqla Rusiyanı labrintə salmaq istədiyini dilə gətirən Başbuğ, “ Ukrayna məsələsi həmişə müzakirə olunur. Stoltenberq də son çıxışında nüvə silahından bəhs etdi. Siz NATO-nun baş katibisiniz, bu bəyanatı verməkdə məqsədiniz nədir? ABŞ,"Mən hər yerdə, istənilən vaxt hər cür tədbir görə bilərəm" deyir. Ola bilsin ki, yaxın günlərdə Rusiya özünü başqa coğrafiyalarda mühasirəyə alınmış kimi hiss edəcək" deyə əlavə edib.

Dağıstanda baş verən son hadisələrlə bağlı fikirlərini bölüşən Başbuğ ABŞ-nin Rusiyaya terrorla cəza verdiyinə diqqət çəkib: “Dağıstandakı hücumla Moskvadakı konsert salonuna hücumu birlikdə dəyərləndirmək lazımdır. ABŞ-nin niyyəti Rusiya daxilində siyasi xaos, Müsəlmanlarla Xristianlar arasında ixtilaf yaratmaqdır. Putin bunu gördüyü üçün müsəlmanlarla problemimiz yoxdur, onlar bizim vətəndaşlarımızdır dedi”.

 GÜNEL

tag: ABŞ, NATO, Rusiya,Nüvə silahı, todaypress.az,