ABŞ prezidentinin oğlu narkotik satıcılarına kokain göndərərkən yaxalandı

Dünya

05.06.2024 08:33

ABŞ prezidenti Co Baydenin oğlu Hunter Bayden narkotik alverçilərinə kokain fotoları göndərib.

 TodayPress  CNN-ə istinadən xəbər verir ki, bu barədə Hunter Baydenin silah saxlanmasında yol verilmiş qanun pozuntuları ilə bağlı məhkəmə iclasında bildirilib.

Belə ki, hakimlərə H. Baydenin elektron cihazlarından əldə edilən videolar təqdim olunub.

Görüntülərdən birində Hunter Baydenin yarıçılpaq şəkildə əlində siqaret , digərində isə tərəzidəki ağ maddə diqqətdən yayınmayıb.

Məhkəmənin ilk günündə işi araşdıran FTB-nin xüsusi agenti ifadəsində Hunter Baydenin narkotik alverçilərindən silah aldıqdan bir neçə gün sonra maddə qəbul etdiyinə dair mesajlar göndərdiyini deyib.

Hunter Bayden 2017- ci ildə boşandığı keçmiş həyat yoldaşı Bayden Ketlin Buhla  2,9 milyon dollardan çox aliment borcu olduğu üçün 2019-cu ildən mühakimə olunur.  ABŞ prezidentinin oğlu bundan başqa daha iki ağır cinayətə görə ittiham olunur.


Günel

tag: CNN,CO Bayden, Hunter Bayden,narkotik,todaypress.az,