ABŞ Panama kanalı zonasında qoşunların sayını artırmaq niyyətindədir

Dünya

24.04.2025 03:34

7

ABŞ Panama kanalı zonasında yerləşdirilmiş qoşunlarının sayını artırmaq niyyətindədir.

TodayPress xarici KİV-ə istinadən xəbər verir ki, bu barədə ABŞ müdafiə naziri Pit Heqset Pensilvaniya ştatının Karlayl şəhərində yerləşən ABŞ Quru Qoşunları Kollecində çıxışı zamanı bildirib.

“ABŞ hərbi gəmilərinin və yardımçı gəmilərin Panama kanalından ilk keçid hüququ, həmçinin kanalın hər iki sahilində bütün uzunluğu boyunca ABŞ qoşunlarının əlavə mövcudluğu barədə çərçivə razılaşması təmin etdik” o vurğulayıb.

ABŞ-nin Panamada hərbi mövcudluğunu genişləndirmək planları barədə P.Heqset bu Mərkəzi Amerika ölkəsinə səfərinin yekunları üzrə aprelin 9-da elan edib. Həmin vaxt nazir Panamada rotasiya əsaslı birgə təlimlər barədə məlumat vermişdi.

ABŞ Prezidenti Donald Tramp dəfələrlə Vaşinqtonun Panama kanalı üzərində nəzarəti geri qaytarmasının zəruri olduğunu bəyan edib. O, Panama kanalından keçid üçün tutulan yüksək tarifləri tənqid edərək, 1999-cu ildə bu obyekt üzərində nəzarətin verilməsinin başqa ölkələrə güzəşt deyil, əməkdaşlıq jesti olduğunu vurğulayıb.

tag: ABŞ, Karlayl,Qoşun,Panama, todaypress.az,