ABŞ öz qırıcısını vurdu
Dünya
22.12.2024 10:23
Amerika raket kreyserinin hava hücumundan müdafiə sistemi səhvən ABŞ Hərbi Dəniz Qüvvələrinə məxsus F/A-18 iki yerlik qırıcısını vurub.
TodayPress xəbər verir ki, bu barədə "Associated Press" məlumat yayıb.
Hadisə nəticəsində pilotlar suya düşüb. Onlar xilas edilib, biri yüngül xəsarət alıb.
Qeyd olunub ki, qırıcı ABŞ-nin Yəmən husilərinin hədəflərinə endirdiyi zərbələr zamanı vurulub.
tag: ABŞ,Qırıcı,Yəmən,Raket,Todaypress.az,