ABŞ ordusu husilərin PUA-larını məhv etdi
ABŞ Mərkəzi Komandanlığı (CENTCOM) son 24 saat ərzində Yəməndə husilərə məxsus üç pilotsuz uçan aparatı və iki Husi raket buraxılış qurğusunu məhv edib.
TodayPress xəbər verir ki, bu barədə komandanlığın "X" sosial şəbəkəsindəki hesabında qeyd olunub.
“Son 24 saat ərzində CENTCOM qüvvələri Yəməndə husilərin nəzarəti altında olan üç pilotsuz uçan aparatı və iki raket buraxılış qurğusunu uğurla məhv edib" məlumatda deyilir.
CENTCOM-un məlumatına görə, bu qurğular ABŞ və koalisiya qüvvələri, eləcə də regiondakı ticarət gəmiləri üçün təhlükə yaradırdı.
Bu addım naviqasiya azadlığını təmin etmək üçün atılıb.
Günəş Mərd
tag: ABŞ, Husi, Pilot, Raket, ABŞ, Yəmən, todaypress.az,