ABŞ ordusu husilərə məxsus RLS-i və iki pilotsuz gəmini məhv etdiyini açıqladı
Dünya
05.07.2024 01:26
ABŞ ordusu son 24 saat ərzində
Qırmızı dənizdə husilərə məxsus bir RLS-i və iki pilotsuz gəmini məhv edib.
TodayPress xəbər verir
ki, bu barədə ABŞ Mərkəzi Komandanlığı "X" səhifəsində bildirib.
Bundan əvvəl husilərin lideri
Abdel Malek əl-Husi deyib ki, cəmi bir həftə ərzində 6 gəmi onlar tərəfindən
hücuma məruz qalıb, bu müddət ərzində ballistik və qanadlı raketlərdən, pilotsuz
uçuş aparatlarından istifadə edilib.
Qeyd edək ki, Qəzza zolağında
münaqişənin alovlanmasından sonra “Ənsar Allah” İsrail ərazisinə hücum etməklə
Qəzzada əməliyyat dayandırılanadək İsraillə əlaqəli gəmilərin Qırmızı dəniz və
Bab-əl-Məndəb boğazı sularından keçməsinə icazə verməyəcəyi ilə hədələyib.
Yəmənin “Ənsar Allah” hərəkatı (husilər) ötən ilin noyabrından bəri Qırmızı və Ərəb dənizlərində ümumilikdə 162 gəmiyə zərbələr endirib. (report.az)
tag: ABŞ, RLS, Husilər, Qırmızı dəniz, todaypress.az,