ABŞ "ölüləri diriltdi"
ABŞ-nin Sosial Müdafiə Xidməti səhvən ölü elan edilən 30-a yaxın miqrantın məlumatlarını bərpa edib.
TodayPress xəbər verir ki, bu barədə "Washington Post" məlumat yayıb.
Bu səhvlər hökumətin məlumat bazasında baş verib və düzəliş üçün zərərçəkmişlər şəxsən ofisə getməli olublar.
Məlumata görə, ümumilikdə 6 mindən çox miqrant, əsasən Latın Amerikasından olan şəxslər səhvən ölü kimi qeydə alınıb.
Bu, onların müavinət almaq və işləmək hüququnu itirməsinə səbəb olub.
Türkan İsgəndərli
tag: ABŞ,Ölü,Dirilmə,Miqrant,Todaypress.az,