ABŞ nüvə silahı təlimlərinə başladı
Dünya
27.01.2025 10:20
ABŞ-nin Nyu-York ştatının Şenektadi şəhəri yaxınlığında nüvə insidentlərinin nəticələrini aradan qaldırmaq üçün idarələrarası təlim başlayıb.
TodayPress xəbər verir ki, bu barədə Federal Təhqiqatlar Bürosu (FTB) məlumat yayıb.
Məlumatda bildirilib:
“Təlim iştirakçı təşkilatlara ABŞ-də və ya xaricdə nüvə insidentinə cavab vermək üçün təcrübə keçmək və əməliyyat hazırlığını təkmilləşdirmək imkanı verir”.
Təlimlər yanvarın 26-dan 31-dək keçiriləcək.
FTB təlimlərin ictimaiyyət üçün təhlükə yaratmadığını vurğulayıb.
Nicat Osman
tag: FTB,Nüvə silahı,Təlim,ABŞ,Todaypress.az,