ABŞ nüvə müharibəsinə hazırlaşır?

Dünya

21.06.2024 11:47

926

ABŞ köhnə nüvə başlıqlarını modernləşdirilmiş nüvə başlıqları ilə əvəz etməklə beş Avropa ölkəsində yerləşdirilən nüvə arsenalını yeniləməyə başlayıb. 

TodayPress xəbər verir ki, bu barədə Nüvə Silahlarının Ləğv edilməsi üzrə Beynəlxalq Kampaniyanın (ICAN) media departamentinin rəhbəri Alister Burnett bildirib.

Onun sözlərinə görə, Vaşinqton bunu etiraf etməsə də, arsenalın yenilənməsi davam edir.

ICAN nümayəndəsi, həmçinin ABŞ-nin nüvə silahlarının Böyük Britaniyada yerləşdirilməsi üçün hazırlıq prosesinin hələ də davam etdiyini, hazırda silahların ölkə ərazisində yerləşdirilmədiyini qeyd edib. 

Günəş Mərd

tag: ABŞ, Nüvə, Silah, Avropa Ölkələri,Müharibə, todaypress.az,