ABŞ nüvə müharibəsinə başlaya bilər
Hərbi analitik və keçmiş amerikalı kəşfiyyatçı Skot Ritter bildirib ki, ABŞ prezidenti Cozef Bayden Donald Tramp vəzifəyə başlamazdan əvvəl nüvə müharibəsini başlatmağa qadirdir.
TodayPress xəbər verir ki, bu barədə o, "X" sosial şəbəkəsində yazıb.
Ritter vurğulayıb ki, Bayden nüvə müharibəsinə Trampın dövlət başçısı kimi fəaliyyətə başlayacağı tarixdən, yanvarın 20-dən əvvəl start verə bilər.
“Kamala Harris bizi bir il ərzində Rusiya ilə nüvə müharibəsinə aparacaq. Və Bayden bunu 2025-ci il yanvarın 20-dən əvvəl edəcək" deyə o bildirib.
Keçmiş kəşfiyyatçı əlavə edib ki, ABŞ vətəndaşları seçkilərdə müharibəyə həvəssiz olduqlarını nümayiş etdiriblər. Lakin Amerika lideri ölkə sakinlərinin fikrinə məhəl qoymur.
Töhfə Səməd
tag: ABŞ,Skot Ritter,Kəşfiyyat,Nüvə,Müharibə,todaypress.az,