ABŞ nüvə başlıqlı raketlərin xidmət müddətini uzatdı

Dünya

01.02.2025 12:08

Pentaqon “Trident II” qitələrarası ballistik raketlərinin xidmət müddətinin uzadılması üçün “Lockheed Martin Space” şirkəti ilə müqavilə imzalayıb. 

TodayPress xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyi məlumat yayıb.

Qeyd olunub ki, əvvəllər mövcud olan müqavilənin icra müddəti 2030-cu il sentyabrın 30-dək müəyyən edilib.  

“Lockheed Martin Space” bu işi yerinə yetirmək üçün 383,1 milyon dollar alacaq. 

Qeyd edək ki, “Trident II” Ohayo sinifli sualtı qayıqlarda yerləşdirilməsi üçün “Lockheed Martin” tərəfindən hazırlanmış Amerika üç pilləli qitələrarası ballistik raketdir.

Raket yüksək dəqiqliyi (təxminən 90 metr sapma həddi) təmin edən astroinertial istiqamətləndirmə sistemi ilə təchiz edilib. “Trident II” səkkiz “475 kt W88” nüvə başlığı və ya 14 “100 kt W76” döyüş başlığı daşımağa qadirdir. O, həmçinin ABŞ nüvə triadasının dəniz əsaslı komponentinin əsasını təşkil edir.

Nicat Osman

tag: ABŞ,Nüvə,Başlıq,Müdafiə Naziri,Todaypress.az,