ABŞ-nin yeddi hərbçisi İraqda yaralandı

Dünya

31.08.2024 09:45

2748

ABŞ Hərbi Qüvvələrinin Mərkəzi Komandanlığı və İraq təhlükəsizlik qüvvələrinin İraqın qərbində İŞİD terror qruplaşmasının yaraqlılarının məhv edilməsi üzrə birgə əməliyyatı zamanı 7 amerikalı hərbçi yaralanıb.

TodayPress xəbər verir ki, bu barədə “Associated Press” məlumat yayıb. 

Məlumata görə, xəsarət alanların hamısının vəziyyəti sabitdir.

Xatırladaq ki, daha əvvəl ABŞ Mərkəzi Komandanlığı Amerika ordusu və İraq təhlükəsizlik qüvvələrinin İraqın qərbində İŞİD-in 15 yaraqlısını məhv etdiyini bildirib.

tag: ABŞ, Hərbçi, İŞİD ,Terror ,İraq, todaypress.az,