ABŞ-nin Ukraynadakı səfiri istefa verdi
ABŞ-nin Ukraynadakı səfiri Briqet Brink istefa verib.
TodayPress xəbər verir ki, o, istefa verməzdən əvvəl şəxsi "X" hesabında vida videosu paylaşıb.
"ABŞ-nin Ukraynadakı səfiri kimi xidmət etmək mənim üçün şərəf idi" deyə o bildirib.
Brink, ABŞ-nin Ukraynaya göstərdiyi dəstəyi xatırladıb və Kiyevdəki diplomatik heyətə təşəkkür edib.
"Financial Times" yazıb ki, onun istefası Donald Tramp administrasiyası ilə fikir ayrılığı səbəbindən baş verib.
Türkan İsgəndərli
tag: ABŞ,Ukrayna,Səfir,İstefa,Todaypress.az,