ABŞ-nin Texas ştatında güclü zəlzələ baş verib
ABŞ-nin Texas ştatında 5,1 maqnitudalı zəlzələ qeydə alınıb.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Geoloji Xidməti məlumat yayıb.
Bildirilib ki, yeraltı təkanların episentri təxminən 142 min əhalisi olan Midlend şəhərindən 30 km şimalda yerləşib. Zəlzələnin ocağının dərinliyi 8,2 km təşkil edib.
Zərərçəkənlər barədə məlumat daxil olmayıb.
tag: ABŞ, Texas, Yeraltı ,Zəlzələ, Məlumat, todaypress.az,