ABŞ-nin tankları Polşanın mərkəzinə daxil oldu

Dünya

12.08.2024 17:24

ABŞ ordusuna məxsus 80-dən çox “M1A2 Abrams” tankı Polşanın mərkəzində yerləşən Povidze hərbi bazasına keçirilib.

TodayPress, “TASS”a istinadən xəbər verir ki, bu barədə “interia.pl” portalı məlumat yayıb.

Bildirilib ki, tanklar ABŞ-nin Almaniyadakı bazalarından köçürülüb. Bundan başqa, 150-yə yaxın “Bradley” zirehli avtomobil və 20 ədəd “M109” özüyeriyən artilleriya qurğusu da həmin bazaya göndərilib.

ABŞ-yə məxsus hərbi texnika 2023-cü ilin aprelində hərbi bazaya daxil olmağa başlayıb.

tag: ABŞ, Almaniya, M109, Bradley, Zirehli Avtomobil, todaypress.az,