ABŞ-nin Suriyadakı hərbi bazası atəşə tutuldu

Dünya

14.08.2024 09:10

2622

Suriyanın Deyr əz-Zor əyalətində qaz yatağı yaxınlığında yerləşən ABŞ hərbi hava bazası atəşə tutulub.

TodayPress  xəbər verir ki, bu barədə "Reuters" məlumat yayıb. 

Agentliyin məlumatına görə, atılan mərmilər hədəfə çatmayıb və bazanın yaxınlığında düşüb. Hücumu İranın dəstəklədiyi iddia edilən qrupların həyata keçirdiyi bildirilir. ABŞ-nin rəhbərlik etdiyi koalisiya hücuma  artilleriya atəşi ilə cavab verib.

Qeyd edək ki, ABŞ təxribat təhlükəsi səbəbindən Avropadakı bazalarında təhlükəsizlik tədbirlərini gücləndirib. 

Günəş Mərd

tag: Deyr əz-Zor, Suriya, ABŞ, Avropa, İran, todaypress.az,