ABŞ-nin Suriyadakı bazası atəşə tutuldu

Dünya

27.10.2024 09:05

Suriyanın şərqindəki ABŞ hərbi bazası raket atəşinə tutulub. 

TodayPress xəbər verir ki, bu barədə “İRNA” agentliyi məlumat yayıb. 

Deyr əz-Zor əyalətində yerləşən ABŞ hərbi bazasının ərazisində bir neçə partlayış səsi eşidilib. 

Mümkün dağıntılar barədə hələlik məlumat verilməyib.

tag: ABŞ,Suriya,Zərbə,Hücum,Todaypress.az,