ABŞ-nin silah ixracı rekord həddə çatdı

Dünya

25.01.2025 09:23

Birləşmiş Ştatlar 2024-cü maliyyə ilində digər ölkələrə rekord məbləğdə 318,7 milyard dollar dəyərində silah və hərbi texnika tədarük edib.   

TodayPress xəbər verir ki, bu barədə  Dövlət Departamentinin “2024-cü maliyyə ilində ABŞ-nin silahların təhvil verilməsi və müdafiə ticarəti" hesabatında deyilir. 

Sənəddə qeyd olunub ki, hökumətlərarası Xarici Hərbi Satış (FMS) proqramı çərçivəsində 117,9 milyard dollarlıq satış həyata keçirilib.  2023-cü maliyyə ilindəki 80,9 milyard dollarla müqayisədə artım 45,7% təşkil edib. Bu, proqramın tarixində ən yüksək illik göstəricidir. 

Silahların birbaşa satışı (Direct Commercial Sales proqramı) son maliyyə ilində 200,8 milyard dollara çatıb ki, bu da 2023-cü illə müqayisədə (157,5 milyard dollar) 27,5% çoxdur. 

Dövlət Departamentinin məlumatına görə, tam məbləğ ABŞ-nin tərəfdaşları və müttəfiqləri tərəfindən maliyyələşdirilən silah satışlarından ibarət olub. Bu da 96,9 milyard dollar təşkil edib. 

Günəş Mərd

tag: ABŞ,Rekord,Silah,Proqram,Todaypress.az,