ABŞ-nin qisas siyasəti

Dünya

21.12.2024 09:29

Macarıstanın xarici işlər naziri Peter Siyarto ABŞ-nin Budapeştin "Paks 2" atom elektrik stansiyasının tikintisinin maliyyələşdirilməsində iştirak edən "Qazprombank"la əməliyyatlar aparmaq üçün icazə verməməsi qərarını siyasi qisas aktı adlandırıb. O, qeyd edib ki, bu yolla ABŞ Macarıstan və Rusiya arasında enerji sektorunda əməkdaşlığı zəiflətməyə çalışır. 

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb. 

Onun sözlərinə görə, bu yolla Vaşinqton Macarıstanın suveren xarici siyasəti ilə razılaşmadığını bildirib.

Töhfə Səməd

tag: ABŞ, Rusiya ,Macarıstan, Siyasi, todaypress.az,