ABŞ-nin Qəzza ilə bağlı yeni təklifləri açıqlandı
Dünya
18.08.2024 09:15
ABŞ-nin Qəzza zolağında atəşkəs
və saxlanılan girovların azad edilməsi barədə təklifi Birləşmiş Ştatlar, Qətər
və Misirin danışıqlar vasitəçisi kimi HƏMAS-a razılığa gəlmək üçün təzyiq göstərməsinə
imkan verə bilər.
TodayPress
xəbər verir ki, bu barədə "The Times of Israel" məlumat yayıb.
Ağ
Evin təklifi İsrailin Baş naziri Binyamin Netanyahunun israr etdiyi kimi, Təl-Əvivin
Qəzza ilə Misir arasındakı sərhəd boyunca varlığını qorumağı və ya Qəzzanın mərkəzi
hissəsində HƏMAS-ın silahlı qüvvələrinin sektorun şimalına qayıtmasının
qarşısını almaq üçün mexanizm yaratmağı nəzərdə tutmur.
Nəşr
qeyd edib ki, ABŞ və İsrailin iştirakı ilə danışıqlar bazar günü Qahirədə davam
edəcək. Netanyahunun bazar günü İsrailə gəlməsi planlaşdırılan ABŞ dövlət
katibi Entoni Blinkenlə də danışıqları planlaşdırılır.
"İsrail və ABŞ bu iki əsas
məsələ ilə bağlı şərtləri müzakirə edə bilsələr, Misir və Qətər HƏMAS-ı
razılığa gəlməyə məcbur edə bilərlər. HƏMAS İsrailin bu iki tələbini qoruyacaq
bir razılaşma ilə razılaşmayacağını açıqladı" deyə bildirilib.
Töhfə Səməd
tag: ABŞ, Bayden, HƏMAS, Benyamin, Saziş, todaypress.az,