ABŞ-nin NATO-dan ayrılması gerçəkləşir?
Dünya
21.08.2024 14:17
“Respublikaçılar arasında Avropanın ABŞ-ni dəstəkləmədiyini düşünərkən, “NATO-dan çıxaq” deyənlərin sayı artır”.
TodayPress xəbər verir ki, bunu ABŞ-nin Respublikaçılar Partiyasının məşhur hüquqşünası Ramon Marks “The National Interest”də dərc olunan “NATO-nun əsl problemi ABŞ deyil, Avropadır” başlıqlı məqaləsində yazıb.
Onun məlumatına görə, respublikaçılar NATO-da müdafiə yükünün 75 ildir ki, ABŞ-nin çiynində olduğunu düşünür və Avropanın sərvət və resurslarının hər nə qədər olmasına baxmayaraq, bu prosesdə artan müdafiə xərcləri və hərbi səriştəsinin zəif olaraq qaldığı vurğulanır:
“Respublikaçıların fikrincə, NATO-da ABŞ-nin büdcəsi artdığı halda, avropalı üzvlərin büdcələri getdikcə azalır”.
Marksın sözlərinə görə, Avropa İttifaqı (Aİ) Hərbi Komitə və Aİ Siyasəti və Təhlükəsizlik Komitəsini yaratdıqdan sonra NATO-ya daha az kollektiv dəstək verir:
“Bu il NATO-nun müdafiədə iştirak büdcəsinin 2 faizlik hədəfinə çatacaq ölkələr İttifaqa yeni qoşulan Şərqi Avropa ölkələridir və Almaniya, İspaniya, İtaliya kimi böyük iqtisadiyyatlar hələ də bu hədəfdən uzaqdır”.
Marks ,həmçinin qeyd edib ki, avropalı NATO üzvləri Husilərə qarşı hücumlarda, hətta Qırmızı dənizdə belə, bu işi ABŞ Hərbi Dəniz Qüvvələrinin çiyinlərinə buraxaraq arxa plana çəkiliblər:
“Respublikaçılar bütün bu bərabərsizliklər aradan qaldırılmasa, Aİ üzvləri ilə NATO arasında yeni hibrid saziş istəyəcəklər. Partiyanın üzvləri NATO-nu və ABŞ-nin alyansdakı dominant rolunu tez-tez tənqid edən Fransa prezidenti Emmanuel Makrona da sərt cavab veriləməsini tələb edirlər” deyə hüquqşunas əlavə edib.
Günəş Mərd
tag: NATO, Avropa, ABŞ, Husilər, Fransa, Makron, todaypress.az,