ABŞ-nin müdafiə silahları zavodunda partlayış baş verib

Dünya

04.07.2024 02:00

2309

ABŞ-nin Arkanzas ştatının Kamden şəhərində “General Dynamics Ordnance and Tactical Systems” zavodunda partlayış verib.

TodayPress “Associated Press”ə istinadən xəbər verir ki, hadisə nəticəsində azı iki nəfər yaralanıb, bir nəfər isə itkin düşüb.

Zavodda 155 mm və 105 mm çaplı artilleriya mərmilərinin istehsal edildiyi bildirilir.

"Hazırda biz ilk müdaxilə edənlərlə işləyirik və insidentin ən azı iki yaralanması və bir nəfərin itkin düşməsi ilə nəticələndiyini təsdiqləyə bilərik" deyə “General Dynamics” rəsmisi bildirib.

“Səlahiyyətli orqanlarla tam əməkdaşlıq edirik, araşdırmalar davam edir” o əlavə edib.

Partlayışla bağlı əlavə məlumat verilməyib.

Nəzrin Cavadzadə

tag: ABŞ, General Dynamics Ordnance and Tactical Systems, Zavod, Partlayış, Todaypress.az,