ABŞ-nin Kiyevdəki səfirliyi bağlanacaq
Noyabrın 20-də mümkün genişmiqyaslı hava hücumu xəbərləri fonunda ABŞ-nin Kiyevdəki səfirliyi bağlanacaq.
TodayPress xəbər verir ki, bu barədə ABŞ Dövlət Departamentinin “X” sosial şəbəkəsindəki səhifəsində yazılıb.
Ukraynadakı ABŞ vətəndaşlarına isə hava hücumu xəbərdarlığı zamanı dərhal sığınacaqlara getmələri tövsiyə edilib.
Günəş Mərd
tag: ABŞ,Kiyev,Səfirlik,Ukrayna,todaypress.az,