ABŞ-nin İsraili dəstəkləməkdəki məqsədi açıqlandı

Dünya

04.10.2024 17:45

“ABŞ-nin İsraili dəstəkləməkdə məqsədi Yaxın Şərqdəki bütün resursları ələ keçirməkdir”. 

TodayPress xəbər verir ki, bunu İranın ali rəhbəri Ayətullah Seyid Əli Xamenei “İRİB” telekanalına verdiyi müsahibədə deyib. 

 O, qeyd edib ki, 2023-cü il oktyabrın 7-də HƏMAS tərəfindən həyata keçirilən “Əl-Əqsa tufanı” əməliyyatı və İsrail ilə müqavimət qüvvələri arasında bir il davam edən döyüşlər yəhudi dövlətini ilk yarandığı dövrə geri qaytardı. Xameneinin sözlərinə görə, hazırda İsrail hökumətində ilk yarandığı günlərdəki problemlər mövcuddur. 

Töhfə Səməd

tag: ABŞ ,İsrail ,İran ,Ayətullah Seyid Əli Xamenei ,HƏMAS ,Əl-Əqsa ,todaypress.az,