ABŞ-nin iki ştatında ölümcül virus səbəbindən komendant saatı tətbiq edildi
Dünya
11.09.2024 04:46
ABŞ-nin Vermont və Massaçusets ştatlarında
şərqi at ensefaliti virusunun yayılması səbəbindən komendant saatı tətbiq
olunub.
TodayPress xəbər verir ki, bu barədə “Daily
Mail” məlumat yayıb.
Məlumata görə, ağcaqanadların daşıdığı ölümcül xəstəliyə
yoluxma riski səbəbindən axşam kütləvi tədbirlər ləğv edilib.
Virus Şimali, Mərkəzi və Cənubi Amerika və Karib
dənizində rast gəlinən zoonotik ağcaqanad vektorlu Toqavirusun yaratdığı
infeksiyadır. Şərqi at ensefaliti virusuna yoluxan insanlarda yüksək hərarət,
qusma, ishal, əzələ ağrısı və titrəmə kimi əlamətlər müşahidə olunur.
Yerli səhiyyə departamenti ştat sakinlərinə
ağcaqanadların aktivliyinin yüksək olduğu dövrdə axşam saat altıdan səhər saat
altıya qədər küçəyə çıxmamağı tövsiyə edib.
.
tag: Amerika, Virus, Vermont, At, Komendant, todaypress.az,