ABŞ-nin F-35 qırıcısı qəzaya uğradı
Dünya
29.01.2025 21:11
Amerika
Birləşmiş Ştatlarının 5-ci nəsil "F-35A" qırıcısı Alyaskada eniş edən zaman
qəzaya uğrayıb.
TodayPress bu
barədə ABŞ KİV-ə istinadən xəbər verir.
ABŞ Hərbi Hava
Qüvvələrinin bildirdiyinə görə, pilot vaxtında katapult edə bildiyindən qəza
itkisiz ötüşüb. Qırıcının Eylson hava bazasının yaxınlığında yerə çırpıldığı
bildirilir.
İlkin məlumata
görə, qəzaya təyyarənin göyərtəsində meydana gələn texniki nasazlıq səbəb olub.
tag: Amerika, F-35, Qırıcı, Pilot, Nasazlıq, todaypress.az,