ABŞ-nin ən yaşlı prezidentinin sirri açıldı

Dünya

03.10.2024 14:25

Amerikalı mütəxəssislər ABŞ-nin 39-cu prezidenti Cimmi Karterin uzunömürlü olmasının səbəblərini açıqlayıblar. 

TodayPress xarici mediaya istinadən xəbər verir ki, Karter 95 yaşına çatan ilk ABŞ prezidenti olub.  

Üstəlik, o, doqquz il xərçənglə mübarizə aparıb.  

Mütəxəssislər bildiriblər ki, Karterin uzunömürlü olmasının ilk səbəbi onun qətiyyəti və işini sevməsidir. 

Prezidentlik postundan getdikdən sonra siyasətçi 14 ölkədə dağılmış mənzillərin bərpasına kömək edən xeyriyyə fondunun könüllüsü olub. 

Karter hətta qocalıqda da həmişə yeni bir şeylər öyrənib ki, bu da gerontoloqların fikrincə ömrü uzatmağa kömək edir. 

Siyasi karyerasını bitirdikdən sonra Karter həyat yoldaşı ilə birlikdə xeyriyyə fondu təsis edib. Bundan başqa, keçmiş prezident bir neçə kitab yazıb və 62 yaşında xizək sürməyi öyrənib. 

Qeyd edək ki, Karter "Dünyadakı münaqişələrin sülh yolu ilə həlli üzrə səylərinə və insan haqları uğrunda mübarizəyə görə" 2002-ci il Nobel Sülh mükafatı laureatı olub.

Günəş Mərd

tag: Prezident ,Karter, Siyasi ,Nobel ,Sülh, Mükafat ,Dünya ,todaypress.az,