ABŞ-nin ən böyük aviaşirkəti ölkə üzrə uçuşları dayandırdı
"American Airlines" böyük texniki nasazlığa görə Milad ərəfəsində ölkə üzrə uçuşları dayandırıb.
TodayPress xəbər verir ki, bu barədə ABŞ-nin ən böyük daşıyıcısının "X" sosial şəbəkəsindəki rəsmi səhifəsində məlumat verilib.
“Hazırda "American Airlines"ın bütün uçuşlarında texniki problemlər yaşayırıq. Təhlükəsizliyiniz bizim əsas prioritetimizdir, problem həll edildikdən sonra sizi təyinat yerinə aparacağıq” deyə mənbə bildirib.
Şərhlərdə sosial media istifadəçilərinin suallarını cavablandıran aviaşirkət nümayəndələri problemin aradan qaldırılmasının nə qədər vaxt aparacağını hələ təxmin edə bilmədiklərini bildiriblər.
Töhfə Səməd
tag: American Airlines,Milad ,ABŞ,Uçuş,Təhlükəsiz,todaypress.az,