ABŞ-nin dövlət borcu 35 trilyon dolları ötdü
Dünya
29.07.2024 22:45
ABŞ-nin Maliyyə Nazirliyinin
yaydığı məlumata görə ölkənin dövlət borcu tarixdə ilk dəfə 35 trilyon dolları
keçib.
TodayPress “TASS”-a istinadən
xəbər verir ki, Konqresin Büdcə Ofisi ölkənin dövlət borcunun 2034-cü ildə 50
trilyon dolları keçəcəyini proqnozlaşdırır.
Konqresin Büdcə Ofisi ölkənin
milli borcunun 2034-cü ildə 50 trilyon dolları keçəcəyini və ölkənin ÜDM-nin
122%-dən çoxunu təşkil edəcəyini proqnozlaşdırır. Ofisin hesablamalarına görə,
2029-2034-cü illərdə ABŞ-də ÜDM-nin orta illik artımı 1,8% təşkil edəcək.
2023-cü ildə ölkənin dövlət
borcu 4 trilyon dollardan çox artıb. Bayden 3 iyun 2023-cü ildə Konqres tərəfindən
milli borc tavanını artırmaq üçün daha əvvəl təsdiqlənmiş qanun layihəsini
imzalamışdı.
tag: ABŞ, Dövlət borcu, Konqres, ÜDM, todaypress.az,