ABŞ-nin daha bir kəşfiyyat peyki qrupu buraxıldı
Dünya
10.01.2025 19:13
Kaliforniyadakı Vandenberq Hərbi Hava Qüvvələri bazasından buraxılan “SpaceX Falcon 9” raketində ABŞ Milli Aerokosmik Kəşfiyyat İdarəsinin maraqları üçün növbəti peyklər qrupu buraxılıb.
TodayPress xəbər verir ki, bu barədə “SpaceNews” məlumat yayıb. Buraxılış bu gün baş tutub.
“NROL-153 missiyası Amerikanın kosmik kəşfiyyat sistemlərinin dayanıqlığını və həssaslığını yaxşılaşdırmağa yönəlmiş daha kiçik, paylanmış peyklərdən ibarət böyüyən şəbəkəni tamamlayır” nəşr bildirib.
Qeyd edək ki, buraxılan kosmik gəmi “SpaceX” və “Northrop Grumman” tərəfindən yaradılıb.
Günəş Mərd
tag: SpaceX,Northrop Grumman,Peyk,ABŞ,Todaypress.az,