ABŞ-nin BMT-yə borcu 3 milyarda çatır
Dünya
22.01.2025 08:23
ABŞ-nin BMT-yə borcu
2,8 milyard dollardır ki, bunun da 1,5 milyard dolları dünya təşkilatının əsas
büdcəsinə aiddir.
TodayPress xəbər verir ki, bunu BMT baş katibinin daimi nümayəndəsinin
müavini Fərhan Hak deyib.
"ABŞ-nin BMT-nin
adi büdcəsinə borcu 1,5 milyard dollardır. Əgər müntəzəm büdcəni, sülhməramlı
missiyalar və tribunalların büdcəsini nəzərə alsaq, ümumi məbləğ 2,8 milyard
dollar təşkil edir", - deyə o bildirib.
Hak onu da
xatırladıb ki, dünya təşkilatının müəyyən edilmiş qaydalarına görə, bir ölkənin
borcu iki il ərzində BMT-nin adi büdcəsinə tələb olunan töhfələrin məbləğindən
artıq olarsa, bu ölkə BMT Baş Assambleyasında səsvermə hüququnu itirir. BMT Baş
Assambleyasının təsdiq etdiyi 2025-ci il üçün müntəzəm büdcəsi 3,72 milyard
dollardır.
Vaşinqton BMT-nin
əsas sponsorlarından biri olaraq qalır və 2022-ci ildə onun töhfələri
təşkilatın ümumi büdcəsinin üçdə birindən çoxunu təşkil edib.
tag: ABŞ, BMT, Dollar, Borc, Fərhan hak, todaypress.az,