ABŞ-nin 7 ştatında ilk seçki məntəqələri açıldı

Dünya

05.11.2024 16:25

ABŞ-nin şərq sahillərində yerləşən yeddi federal ştatda prezident seçkiləri çərçivəsində ilk seçki məntəqələri açılıb. 

TodayPress xəbər verir ki, bu barədə “CNN” məlumat yayıb.

Konnektikut, İndiana, Kentukki, Men, Nyu-Cersi, Nyu-York və Virciniya ştatlarında seçki məntəqələri seçicilərin istifadəsinə verilib.

Qeyd olunub ki, əhalinin az məskunlaşdığı ştatlarda seçki məntəqələri digərləri ilə müqayisədə bir qədər gec açılıb.  

Günəş Mərd

tag: ABŞ, Prezident, Seçki,Kentukki, Virciniya, todaypress.az,