ABŞ-nin 39-cu sabiq prezidenti vəfat etdi
Dünya
30.12.2024 09:00
ABŞ-nin sabiq prezidenti Cimmi Karter 100 yaşında vəfat edib.
TodayPress xəbər verir ki, bu barədə “The Washington Post” qəzeti bildirib.
Məlumata görə, keçmiş dövlət başçısı dekabrın 29-da Corciya ştatının Pleyns şəhərində öz evində keçinib.
Qeyd edək ki, Karter ABŞ-nin 39-cu prezidenti olub və 1977-1981-ci illərdə bu vəzifədə çalışıb. O, insan hüquqlarının müdafiəsi sahəsindəki səyləri, İsrail və Misir arasında Kemp-Devid sazişlərinin imzalanmasında vasitəçiliyi və siyasətdən getdikdən sonra aktiv ictimai fəaliyyəti ilə tanınır ki, bunun üçün də 2002-ci ildə Nobel Sülh mükafatına layiq görülüb.
tag: ABŞ,Cimmi Karter,Prezident,Ölüb,Kemp-Devid,todaypress.az,