ABŞ-nin 3 strateji bombardmançı təyyarəsi Britaniyanın aviabazasına gəldi
Dünya
08.11.2024 13:50
Son günlər ABŞ Hərbi Hava Qüvvələrinə məxsus üç B-52 strateji bombardmançı təyyarəsi İngiltərənin cənub-qərbindəki Qlosterşir əyalətindəki Fairford Hərbi Hava Qüvvələri bazasına gəlib.
TodayPress xəbər verir ki, bu barədə yerli “Gloucestershire Live” qəzeti yazır.
"Daha bir B-52 bombardmançısı Qlosterşirdəki RAF Fairforda eniş edib" məlumatda bildirilib.
Qeyd olunur ki, daha bir bombardmançı təyyarənin gəlişi ilə aviabazada ümumi say üçə çatıb. İlk iki təyyarə çərşənbə axşamı, noyabrın 5-də gəlib. Yaxın günlərdə hava bazasına daha bir dördüncü təyyarənin gələcəyi gözlənilir.
Günəş Mərd
tag: ABŞ,B-52,Hərbi Hava Qüvvələrİ,Təyyarə,Qlosterşir, todaypress.az,