ABŞ müharibəyə hazır deyil

Dünya

21.09.2024 15:00

Birləşmiş Ştatlar müxtəlif cəbhələrdə, xüsusən də Rusiya, Çin, İran və Şimali Koreya ilə mümkün qlobal münaqişəyə hazır deyil.

TodayPress xəbər verir ki, bu haqda “Fox News” yazır. 

2022-ci ildə Konqres tərəfindən yaradılan milli təhlükəsizlik ekspertləri qrupu belə qənaətə gəlib. 

Qrupun fikrincə, “soyuq müharibə” başa çatdıqdan və müdafiə-təhlükəsizlik xərclərinin azaldılmasından sonra Vaşinqton Pekinlə açıq münaqişəyə, hətta bir neçə cəbhədə müharibə aparmağa hazır deyil.   

Qeyd olunub ki, Birləşmiş Ştatlar və onun müttəfiqləri İkinci Dünya müharibəsindən bəri ən ciddi təhlükə ilə üzləşirlər.  

Bundan əlavə, hesabat müəllifləri hesab edirlər ki, Yaxın Şərqdə qlobal müharibə təhlükəsi də var.  

Bütün bu səbəblərə görə, Birləşmiş Ştatlar öz qüvvələrini və sənaye bazasını uzun sürən potensial münaqişəyə hazırlamalıdır.

Günəş Mərd

tag: ABŞ ,Yaxın Şərq, İkici Dünya Müharibəsi, Rusiya, Çin ,İran, todaypress.az,