ABŞ müharibə dövründə Ukraynaya etdiyi yardımı açıqladı

Dünya

30.12.2024 21:34

ABŞ  Prezident Cozef Baydenin prezidentliyi dövründə ABŞ Ukraynaya 66 milyard dollardan çox hərbi yardım ayırıb.

TodayPress xəbər verir ki, bu barədə ABŞ Müdafiə Nazirliyindən bildirilib.

Hesablamalara görə, yardımın əsas hissəsi Rusiya Ukrayna müharibəsi dövrünə təsadüf edib.

Müharibə dövründə 300-dən çox “Bradley” piyada döyüş maşını, 1,7 minə yaxın müxtəlif zirehli transportyor yardımı edilib.

Aynur TAC

tag: ABŞ, Ukrayna, Rusiya, Hərbi, Yardım, todaypress.az,