ABŞ müdafiə sistemlərini modernləşdirməyi planlaşdırır
Dünya
15.10.2024 08:12
ABŞ ordusu hava
hücumundan müdafiə və raket sistemlərini, eləcə də helikopterləri
modernləşdirməyi planlaşdırır.
TodayPress xəbər verir ki, bunu Vaşinqtonda keçirilən
konfransda Quru qoşunları komandanı Kristin Uormut deyib.
"Dünya getdikcə qeyri-sabit olmağa davam edir, lakin
ABŞ ordusunun transformasiyası bir neçə sahədə öz bəhrəsini verir. Birincisi,
biz silah sistemlərimizi dəyişirik və köhnəlmiş silahları yeniləri ilə əvəz
edirik. Hərbçilərin uzaq məsafədən döyüş meydanına daha sürətli çatdırılması
üçün helikopterlər də modernləşdirilir” o qeyd edib.
Onun sözlərinə görə, 2025-ci ildə ABŞ ordu üçün ən son
uzaqmənzilli tiltrotorun prototiplərini yaratmağa başlayacaq.
Bununla yanaşı, Quru qoşunları komandanı “Tomahawk” və
SM6 raketlərinin buraxılmasına imkan verən MRC sistemlərindən də danışıb.
tag: Vaşinqton, ABŞ, Raket, Hərbi, SM6, todaypress.az,