ABŞ müdafiə naziri İrana xəbərdarlıq etdi
ABŞ-nin müdafiə naziri Pit Heqset İranın Yəməndəki husilərə dəstəyinə görə xəbərdarlıq edib.
TodayPress xəbər verir ki, bu barədə o, "X"da yazıb.
O bildirib ki, ABŞ İranın husilərə verdiyi dəstəyi görür və bu hərəkətlərin nəticələri olacaq.
“Biz sizin nə etdiyinizi dəqiq bilirik. ABŞ ordusunun nəyə qadir olduğunu siz yaxşı bilirsiniz və sizə xəbərdarlıq olunub. İran dəstəyinin nəticələri ilə yaxın vaxtda qarşılaşacaq".
Qeyd edək ki, hazırda ABŞ və İran nüvə proqramı ilə bağlı danışıqların bərpası ərəfəsindədir.
Türkan İsgəndərli
tag: ABŞ,Heqset,Pentaqon,İran,todaypress.az,