ABŞ milli təhlükəsizliyinə təhdid

Dünya

05.08.2024 10:10

ABŞ-nin hazırkı lazer sistemləri hipersəs raketlərinin qarşısını almaq üçün istifadə edilə bilməz. 

TodayPress xəbər verir ki, bu barədə "The National Interest" nəşri məlumat yayıb. 

Nəşrin yazdığına görə, lazerlərin ən azı min kilovata qədər gücü var ki, bu da müasir yerləşdirilmiş taktiki lazer sisteminin gücündən üç dəfə artıqdır. 

Bundan əlavə, lazer sistemlərinin istifadəsi zamanı atmosferdəki su buxarı, qum və tüstü kimi maddələr problem yarada bilər. Onlar lazer şüalarına səpələyici təsir göstərir. 

Bu arada Britaniya Ordusu ilk dəfə "Wolfhound" zirehli maşınına quraşdırılmış lazer silahlarını sınaqdan keçirib. Sınaq zamanı dronlar bu silahlardan gələn işıq şüalarının təsiri altında alışıblar.

Günəş Mərd

tag: ABŞ, Təhlükəsizlik, Britaniya,Raketllər, Sınaq, todaypress.az,