ABŞ mətbuatı: “Rusiya Tramp üçün çalışır”

Dünya

10.07.2024 17:44

ABŞ Milli Kəşfiyyat İdarəsinin adı açıqlanmayan rəsmisi ölkədə prezident seçkilərinə müdaxilə cəhdləri barədə mətbuata açıqlama verib.

TodayPress “Haber Türk”ə istinadən xəbər verir ki, bu barədə “The Wall Street Journal”ı məlumat yayıb. 

O, rəsmi Moskvanın 2016 və 2020-ci il seçkilərində olduğu kimi, indi də sosial media və onlayn təbliğat vasitəsilə ABŞ-də prezident seçkilərinə müdaxilə etməyə çalışdığını və seçkilərdə Trampı dəstəklədiyini iddia edib.

ABŞ Milli Kəşfiyyatının direktoru Avril Haynes isə mətbuata verdiyi açıqlamada, İran hökumətinə bağlı şəxslərin onlayn platformalarda fəal olduğunu, etirazları təşviq etməyə çalışdıqlarını və etirazçılara maliyyə dəstəyi verdiyini iddia edib. 

Töhfə Səməd

tag: ABŞ, Mətbuat, Seçki, Prezident, Moskva, Sosial Media, todaypress.az,