ABŞ Mərkəzi Komandanlığının rəhbəri İsrailə səfər edəcək

Dünya

05.10.2024 12:55

838

ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) rəhbəri Maykl Kurilla oktyabrın 6-da İsrailə səfər edəcək.

TodayPress xəbər verir ki, bu barədə İsrail KİV-i məlumat yayıb.

“CENTCOM-un rəhbəri Maykl Kurilla İsrail hərbi komandanlığı ilə məsləhətləşmələr aparmaq üçün oktyabrın 6-da İsrailə gedəcək” məlumatda bildirilib.

Onun səfərində məqsəd İranın raket hücumuna İsrailin mümkün cavabı ilə bağlı məsləhətləşmələr aparmaqdır.

tag: ABŞ ,Maykl Kurilla ,İsrail ,İran ,Raket, Hücum ,todaypress.az,