ABŞ Mərkəzi Asiya ölkələrinə maliyyə yardımını azaltmağı planlaşdırır
ABŞ regionla əlaqələri inkişaf
etdirmək niyyətini bəyan etməsinə baxmayaraq, 2025-ci ildə Mərkəzi Asiya ölkələrinə
yardımın maliyyələşdirilməsini azaltmağı planlaşdırır.
TodayPress xəbər verir ki,
bunu Dövlət Departamentinə daxil olan Beynəlxalq İnkişaf Agentliyinin (AİD) rəhbərinin
köməkçisinin müavini Ancali Kaur bildirib.
“ABŞ administrasiyasının Mərkəzi Asiya üçün 2025-ci maliyyə ili üçün büdcə tələbi 176 milyon dollardır. Bu, 2023-cü maliyyə ilində ayrılandan 18,9 milyon dollar və ya 10% azdır” deyə Kaur vurğulayıb.
tag: ABŞ, Mərkəzi Asiya, Maliyyə, Yardım, todaypress.az,