ABŞ məktəbində atışma: Ölən və yaralılar var
Dünya
05.12.2024 08:34
ABŞ-də Kaliforniya ştatının Palermo şəhəri
yaxınlığındakı məktəbdə baş verən atışmada iki şagird güllələnib.
TodayPress xəbər verir ki, bu barədə NBC polisə istinadən
məlumat yayıb.
Hadisə dekabrın 4-də yerli vaxtla saat 13:00 radələrində
baş verib. Polis bildirib ki, məktəblilərə atəş açan şəxs intihar edib.
Yaralı iki şagird isə xəstəxanaya aparılıb. Onların
sağlamlıq vəziyyəti, eləcə də yaşları açıqlanmır.
Polis araşdırmalarını davam etdirir. Hadisəni törədənin
kimliyi, eləcə də onun motivləri barədə məlumat verilmir.
tag: ABŞ,Şagird, Güllələnmə, Polis, Kaliforniya, Məktəb, todaypress.az,