ABŞ Meksika sərhədinə minlərlə hərbçi göndərə bilər
Dünya
25.01.2025 22:23
ABŞ
Prezidenti Donald Trampın administrasiyası təhlükəsizlik tədbirlərini
gücləndirmək üçün Meksika ilə sərhədə minlərlə hərbçi və zirehli texnika
göndərə bilər.
TodayPress xəbər verir ki, bu barədə ABŞ KİV məlumat yayıb.
“Vaşinqton
rəsmiləri ABŞ-Meksika sərhədinə minlərlə əlavə hərbçi, o cümlədən 20 tonluq
“Stryker” döyüş maşınları ilə təchiz edilmiş piyadalar göndərməyə hazırlaşır” məlumatda deyilir.
Bildirilib ki,
Meksika ilə sərhədə ABŞ ordusunun 82-ci hava-desant diviziyasının şəxsi heyəti
də daxil olmaqla ümumilikdə 10 minə qədər hərbçi göndəriləcək.
tag: ABŞ, Tramp, Stryker, Vaşinqton, Meksika, todaypress.az,