ABŞ Meksika ilə sərhədə əsgər topladı
Dünya
23.01.2025 05:23
Pentaqon
cənub sərhədinin təhlükəsizliyinə kömək etmək üçün yaxın günlərdə Meksika ilə
sərhədə 1500-ə qədər əsgər yerləşdirməyə başlayacaq.
TodayPress xəbər verir ki, bu addım ABŞ Prezidenti Donald Trampın vəzifəyə
başlamasından qısa müddət sonra sərəncamlarında əksini tapmış miqrasiya ilə
mübarizə planlarını həyata keçirilir.
Müdafiə naziri
vəzifəsini icra edən Robert Salessesin yerləşdirmə əmrlərini bu gün imzalaması
gözlənilir, lakin hansı qoşunların və ya bölmələrin göndəriləcəyi və ümumi
sayın dəyişə biləcəyi hələ məlum deyil.
tag: Əsgər, Amerika, Meksika, Tramp, ABŞ, todaypress.az,