ABŞ məhkəməsi Trampın daha bir qərarını dayandırdı

Dünya

29.01.2025 10:27

Kolumbiya dairə məhkəməsi Tramp administrasiyasının federal qrantlar, kreditlər və digər maliyyə yardım proqramlarını dondurmaq qərarını fevralın 3-dək dayandırıb.    

TodayPress xəbər verir ki, bu barədə “RİA” məlumat yayıb. 

“Məhkəmə iddiaçıların vəsatəti üzrə qərar qəbul edənə qədər status-kvonu saxlamaq üçün fevralın 3-ü saat 17:00-a qədər (Bakı vaxtı ilə fevralın 4-ü saat 2:00-a qədər) bu iş üzrə inzibati həbs tətbiq edilməsinə qərar verilib" deyə hakim hökmdə bildirib. 

Hakim, həmçinin agentliyin qanunla müəyyən edilmiş inzibati prosedurlarını və səlahiyyətlərini pozduğuna görə İdarəetmə və Büdcə Ofisini məhkəməyə verən qeyri-kommersiya təşkilatlarının verdiyi ərizəyə baxılmasına qərar verib. 

Tramp administrasiyası daha əvvəl federal qrantları və digər maliyyə yardım proqramlarını nəzərdən keçirərkən dayandırmaq qərarına gəldiyini elan etmişdi. 

Xatırladaq ki, amerika lideri, həmçinin orduda islahatlarla bağlı 4 fərman, o cümlədən transgenderlərin xidmət keçməsini qadağan edən fərman imzalayıb. 

Töhfə Səməd

tag: Tramp,Məhkəmə,Qərar,Xidmət,Todaypress.az,